“İslam Avropada heç bir abidəni dağıtmayıb, xristianlıq isə abidələrimizi yox edib”

# 16:10
15 mart 2023

İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans davam edir. Konfrans çərçivəsində keçirilən plenar iclasda natiqlər İslam dini ilə bağlı  ayrı-seçkiliyə qarşı mübarizəyə yeni perspektivlər təqdim edərək İslamofobiyanın insan hüquqlarına, cəmiyyətə və qlobal icmalara təsirini vurğulayıblar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qeyd edib ki,  İslamofobiya müsəlmanlara qarşı qorxunun yaradılması məqsədi güdür. O bildirib ki, ermənilər işğal zamanı dini abidələrə, məscidlərə və qəbirlərə qarşı zorakı və dağıdıcı siyasət yürüdüb. Dünya ictimaiyyəti bütün bu hallara şahiddir. Aydın Səfixanlı ermənilərin soyqırımı siyasətini Fransadan mənimsədiyini də diqqətə çatdırıb.

Daha sonra "İslamofobiyaya qarşı mübarizə: qlobal yanaşma"mövzusunda çıxış edən

Böyük Britaniyalı, sosial nəzəriyyə və müstəmləkəçilik düşüncələri üzrə professor, Lids Universitetinin Sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid qeyd edib ki, İslamafobiya birdən-birə meydana gələn problem deyil, bununla bağlı artıq 30 ildən çoxdur araşdırmalar aparılır.

"Cənubi Asiyada islamofobiya və irqçilik trendlər: tənqidi təhlil" mövzusunda çıxış edən Pakistanın Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə isə İslamofobiyanın Cənubi Asiya ölkələrindəki təzahüründən danışıb.

İslamofobiyanın islam dini və müsəlmanlara qarşı ədavət yaratdığını deyən Qazaxıstan nümayəndəsi, İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed əl Sahhat əl Cindi bildirib ki, İslama qarşı nifrət, müsəlmanlara qarşı ikrah aşkardır.

Yaxın Şərq, Asiya və Qlobal Tədqiqatların tədrisi üzrə dosent, Amerika nümayəndəsi Saed Ahmed Xan isə “İslamofobiyanın ideoloji və iqtisadi-siyasi əsaslandırmalarının kəsişməsi” mövzusunda çıxış edib. O bildirib ki, Yeni Zellandiyada, Kanadada müsəlmanlara qarşı baş verən hadisələr İslamofobiyanın nə dərəcədə ayaq açdığını göstərir. Həmçinin hicaba qarşı mübarizə,

müsəlmanların, bir növ şeytan kimi təqdimi və digər bu cür başqa məqamlar olduqca ciddi təhdiddir.

Bosniya Elm və İncəsənət Akademiyasının prezidenti Fərid Muhik isə “İslamofobiya ilə mübarizə: Qlobal stabillik və sülh üçün zəruri və münbit şərait” mövzusunda danışıb.

Qeyd edək ki, konfransın bölmə iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR