Qlobal Bakı Forumu: Dünyaya hansı mesajlar verildi?

# 20:32
6 noyabr 2021

“VIII Qlobal Bakı Forumun böyük və vacib bir hadisədir. Bu formatda keçirilən forumlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, bir çox sahələrdə müzakirələrin aparılması və əməkdaşlıqların axtarılmasında çox vacib məqamdır”.

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, ölkə prezidenti İlham Əliyev Forumda çıxışı zamanı çox mühüm məqamlara toxundu: “Azərbaycan Prezident  Cənab İlham Əliyev artıq tarixə qovuşmuş Ermənistan Azərbaycan münaqişəsinə də toxunaraq qeyd etdi ki, Azərbaycan  öz ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə etdi”. 

 

Cavid Osmanov deyib ki, Azərbaycan dünyada baş verən hadisələrə qlobal çağırışlarla çıxış edən ölkəyə çevrilib. O bildirib ki, pandemiya ilə bağlı prezident İlham Əliyev dünya miqyasında regional məsələlərdə çox vacib çağırışlar edib. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə dəfə ölkə başçısına minnətdarlıq məktubu ünvanlayıb: “Bu günə olan vəziyyət Azərbaycanda  18 yaşından yuxarı olanlar vaksinasiya prosesindən keçib. Digər tərəfdən Azərbaycan bu müddət ərzində 30-dan çox ölkəyə humanitar yardım göstərib. 10.000000 $ vəsaitin Ümumdünya Səhiyyə Təşkilatına köçürülməsi. Bütün bunlar Azərbaycanın dünyada nə qədər böyük rolu olduğunu göstərdi”.

 

Deputat deyib ki, bu illər ərzində Azərbaycan göstərdi ki, Ermənistan nə qədər işğalçı təcavüzkar siyasət yürütsə də, Azərbaycan xalqına qarşı soyğunçuluq törətsə də, tarixi qələbədən sonra Azərbaycan konstruktiv mövqe ortalığa qoyaraq bölgədə uzunmüddətli sülhün əmin-amanlığın təmin olunması üçün yeni əməkdaşlıq platformalarından çıxış edib.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyib ki, 2013-cü ildə əsası qoyulan bu forum Nizami Gəncəvi mərkəzinin təşkilatçılığı ilə çağırılıb, gündəliyi Azərbaycan müəyyənləşdirir, ev sahibliyini də Azərbaycan edir: “Dünyanın olduqca görkəmli şəxsiyyətlərinin cəmləşdiyi bu forum öz gündəliyinə müxtəlif qlobal problemli məsələləri daxil edir. Onun ətrafında geniş müzakirələr aparılır. Ermənistanın təcavüzünə son qoyulması torpaqlarımızın işğal edilməsi onun yaratmış olduğu reallıqlar üzərində dayandı”.

 

Deputat bildirib ki, bu Forum dünyaya hər şeydən öncə bəşəri dəyərləri nümayiş etdirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR