Şəmkirdə iki yol qəzası baş verdi, xəsarət alanlar var
Şəmkirdə bir gündə iki yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qəzalardan biri Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı minik maşını “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza zamanı hər iki sürücü yüngül xəsarət alıb. Avtomobillər isə yararsız hala düşüb.
Digər hadisə isə magistral yolun rayonun girişindən keçən hissəsində qeydə alınıb. İki “Niva” markalı minik maşınının toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri