Vətən Müharibəsinin şəhidi Təbriz İbrahimov II Fəxri Xiyabanda dəfn olunub
Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov dəfn olunub.
APA TV-nin xəbərinə görə, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Salyan Rayon İcra hakimiyyətlərinin təmsilçiləri, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.
İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.
Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq