Bank Of Baku

Azərbaycanın «Xırdalan-Ət» ASC-nin satışına dair investisiya müsabiqəsi elan keçirilir

Azərbaycanın «Xırdalan-Ət» ASC-nin satışına dair investisiya müsabiqəsi elan keçirilir
# 04 noyabr 2008 07:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Xırdalan-Ət» ASC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Ət və ət məhsullarının istehsalı üzrə ixtisaslaşmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı 4 830 419 manat, buraxılmış səhmləri 2 415 209 ədəd, səhmin növü «sənədsiz adlı», bir ədədinin nominal dəyəri isə 2 manatdır. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı yoxdur.
«Xırdalan-Ət» ASC-nin cəmi öhdəlikləri 563 078,46 manat, o cümlədən əməkhaqqı və ona bərabər borcları 57 498,61 manat, mal, iş və xidmətlərə görə borcları 505 579,85 manat, debitor borcları isə 248 948,60 manat təşkil edir.
İddiaçılar müəssisənin fəaliyyətinin bərpa edilməsi və müasir standartlara uyğun olaraq yenidən qurulması və ya digər istehsal sahələrinin yaradılması məsələlərinin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə İnvestisiya Proqramını təqdim etməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu dekabrın 3-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi dekabrın 5-dən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR