Bank Of Baku

Son bir ildə Azərbaycanda toxumçuluq təsərrüfatlarının sayı iki dəfə artıb

Son bir ildə Azərbaycanda toxumçuluq təsərrüfatlarının sayı iki dəfə artıb
# 04 noyabr 2008 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Son bir il ərzində Azərbaycanda toxumçuluq təsərrüfatlarının sayı təxminən iki dəfə artaraq 500-ə çatıb. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib.
S.Vəliyevin sözlərinə görə, təsərrüfatların sayının artması dövlət tərəfindən onlara bəzi güzəştlərin tətbiqi ilə bağlıdır. Nazirlik rəsmisi hesab edir ki, «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası nəticəsində yerli toxumçuluq təsərrüfatlarının sayı bir neçə dəfə artacaq.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, hazırda «elit» toxumlar ilə yanaşı R-1 və R-2 reproduksiyalı toxumların yetişdirilməsinə dövlət tərəfindən 30% subsidiyalar verilir.
Qeyd edək ki, Azərbaycan prezidentinin bu ilin avqust ayında imzaladığı sərəncamla buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50%-nə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70%-nə dövlət tərəfindən güzəşt ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR