Bank Of Baku

İlin sonuna kimi Rusiyadan Azərbaycana taxıl idxalı daha da artacaq

İlin sonuna kimi Rusiyadan Azərbaycana taxıl idxalı daha da artacaq
# 14 noyabr 2008 12:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Maliyə səmərəliyi baxımından Azərbaycana Rusiyadan taxıl almaq daha sərfəlidir. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib: «Rusiyadan alınan taxılın qiyməti çox sərfəlidir. Buna görə də Azərbaycan üçün yerli fermerlərdən taxıl almaqdansa, Rusiyadan taxıl almaq maliyyə baxımından daha münasibdir».
Ticarət nümayəndəsinin sözlərinə görə, bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 90,6 mln. ABŞ dolları dəyərində 325,7 min ton taxıl gətirilib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,9% və 54,6% çoxdur.
Y.Şedrin bildirib ki, Rusiyadan Azərbaycana taxılın idxalındakı əsas artım avqust-sentyabr aylarında olub: «Hesab edirəm ki, taxıl idxalı bir qədər də artacaq. Çünki Azərbaycana taxıl idxal edən şirkətlər Rusiyanın əsas taxıl regionlarında fəal işləyir».
Y.Şedrin Rusiyanın Azərbaycanın bank-maliyyə sektorunda yeni layihələrin həyata keçirməsini nəzərdə tutduğunu desə də, bu barədə əlavə açıqlama vermək istəməyib.
Ticarət nümayəndəsinin sözlərinə görə, RF-nin Tatarıstan Respublikasının Azərbaycanın «Çinar» İstehsalat Birliyi ilə birgə Bakıda soyuducu istehsalının genişləndirilməsi barədə verdiyi təklif hələ reallaşmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR