Bank Of Baku

Azərbaycanın sərhədyanı rayonlarında “Afrika taunu” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb

Azərbaycanın sərhədyanı rayonlarında “Afrika taunu” ilə əlaqədar keçirilən monitorinqin nəticələri açıqlanıb
# 15 noyabr 2008 12:37 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkənin sərhədyanı rayonlarının donuzçuluq təsərrüfatlarında “Afrika taunu” xəstəliyi ilə əlaqədar monitorinq keçirib. DBX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla 100 baş donuzdan götürülən qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib. Aparılan müayinələr zamanı nümunələrin heç birində “Afrika taunu” xəstəliyinin daşıyıcısına təsadüf edilməyib.

Stavropol və Krasnodar vilayətlərindən heyvan məşəlli məhsullar, yem və yem əlavələrinin gətirilməsinə tətbiq edilən müvəqqəti məhdudiyyətin isə qüvvəsində qaldığını, eyni zamanda həmin ərazilərdən əl yükləri ilə gətirilən məhsullarının yerindəcə zərərsizləşdiriləcəyini xatırladan DBX sərhəd keçid məntəqələrində fəaliyyətini ciddi iş rejimində davam etdirir.

DBX onu da xatırladır ki, “Afrika taunu” xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirləri həyata keçirir.

Qeyd edək ki, Rusiya Federasiyasının Stavropol vilayətində donuzlar arasında kütləvi ölümlə nəticələnən “Afrika taunu” xəstəliyi bu il oktyabrın 23-də qeydə alınıb. Bununla əlaqədar Azərbaycana Stavropol və Krasnodar vilayətlərindən heyvan məşəlli məhsullar, yem və yem əlavələrinin gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR