Azərbaycanın bəzi bölgələrində çörək ucuzlaşıb
Araşdırmalar zamanı bəzi rayonlarda çörəyin qiymətinin təxminən 30% ucuzlaşdığı müəyyənləşib və bu tendensiya bir neçə bölgədə müşahidə olunub. Əksər bölgələrdə isə satışa çıxarılan çörəyin qiyməti dəyişməsə də, çəkisi təxminən 100-150 qram artırılıb.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, Muxtar Respublikada çörəyin qiyməti əvvəlki kimi 30 qəpik olsa da, çəkisi təxminən 50-100 qram artırılaraq 450 qrama çatdırılıb.
Göyçay və Dağlıq Şirvan bölgəsində isə çörəyin qiyməti oktyabrın əvvəli ilə müqayisədə 33% ucuzlaşaraq 30 qəpiyə düşüb, çəkidə dəyişmə baş verməyib.
Lənkəran rayonu da daxil olmaqla, respublikanın cənub rayonlarında satılan çörəyin çəkisi 150 qram artaraq 500 qrama çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, satışdakı çörəyin qiymətində enmə müşahidə olunmur.
Şirvan şəhəri daxil olmaqla, Muğan bölgəsinə daxil olan rayonların əksəriyyətində çörəyin çəkisinin 100-150 qram artmasına (hazırda 500 qram) baxmayaraq, qiymət 30 qəpik səviyyəsində qalıb. Lakin Salyan rayonunda 400-450 qramlıq çörək 20 qəpiyə çatılır.
Son 1 ay ərzində Azərbaycanın şimal rayonlarında isə çörəyin qiymətində 10 qəpik ucuzlaşma baş verib. Bununla yanaşı şimal rayonlarında 30 qəpiyə satılan çörəyin çəkisi də təxminən 100 qram azaldılaraq 400 qrama endirilib.
Aran rayonlarında isə çörəyin qiyməti dəyişməz qalıb. Yarım kiloqramlıq çörək 30 qəpiyə satılır. Ucar, Zərdab, Kürdəmir rayonlarında satılan çörəyin çəkisi əvvəlki aylarla müqayisədə 80-100 qram artırılıb.
Respublikanın ikinci böyük şəhəri Gəncə də daxil olmaqla, ölkənin qərb rayonlarında satılan çörəyin nə qiymətində enmə, nə də çəkisində artım var. Hazırda Gəncə şəhəri və ətraf rayonlarda 400 qram çəkidə çörək 40 qəpiyə satılır. Analoji vəziyyət Bərdə, Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Füzuli rayonlarında da mövcuddur. Azərbaycanın şimal-qərb rayonlarında da çörəyin çəkisi və qiymətində dəyişiklik baş verməyib. APA-nın yerli bürosunun məlumatına görə, Şəki və Zaqatala rayonlarında 500 və 600 qram çəkili çörəklər müvafiq olaraq 40 və 50 qəpiyə satılır.
Qeyd edək ki, Bakı şəhərinin əksər rayonlarında qiymət dəyişməz qalıb, çörəyin çəkisi isə bir qədər artırılıb.
Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatlar, kənd təsərrüfatı ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin rəhbəri İslam İbrahimov isə «APA-Economics»ə açıqlamasında bildirib ki, bəzi rayonlarda çörəyin qiymətinin düşməsi, eləcə də çəkisinin artırılması ölkədə taxıl istehsalının artımı ilə bağlıdır: «Digər tərəfdən, bu ilin yayında hökumət ölkəyə idxal olunan taxılın gömrük rüsumları və əlavə dəyər vergisindən azad olunma müddətini daha bir il müddətinə artırıb. Bu da öz növbəsində bir sıra problemləri aradan qaldırıb və kifayət qədər taxıl ehtiyatı mövcuddur. Bu da möhtəkirlərin spekulyasiyalarına imkan vermir».
Nazirlik rəsmisinin sözlərinə görə, bu il ölkədə 2,481 mln. ton taxıl istehsal edilib ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 490 min ton və ya 24% çoxdur. Ölkədə istehsal edilmiş taxılın 1,650 mln. tonunu ərzaq buğdası təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 790,8 min ton buğda, 81,1 min ton un idxal olunub.
Aqrar-sənaye kompleksi
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Xəbər Lenti
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS