Bank Of Baku

Azərbaycan üç ildən sonra ərzağa olan tələbatının yarıdan çoxunu daxili imkanlarına hesabına ödəyəcək

Azərbaycan üç ildən sonra ərzağa olan tələbatının yarıdan çoxunu daxili imkanlarına hesabına ödəyəcək
# 18 noyabr 2008 07:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan 2011-ci ilə qədər ərzağa olan tələbatının yarıdan çoxunu daxili imkanlarına hesabına təmin edəcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatlar, kənd təsərrüfatı ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin rəhbəri İslam İbrahimov məlumat verib.
İ.İbrahimovun sözlərinə görə, artıq bu ilin nəticələrinə görə, Azərbaycan buğdaya tələbatını 81-85%, kartof, bostan, meyvə və tərəvəzə tələbatını isə 100% səviyyəsində ödəyir. Bununla yanaşı, bostan, meyvə və tərəvəz məhsulları həm də ixrac edilir.
Ölkədə əhalinin ət, ət və süd məhsullarınə olan tələbatının 78-88%-ni yerli istehsal hesabına ödənilir.
İ.İbrahimov hazırda Kənd Təsərrüfatı Nazirliyində «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası ilə bağlı növbəti il üçün tədbirlər planının hazırlanmasına başlandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR