Bank Of Baku

Azərbaycan İsveçə tərəvəz ixrac edə bilər

Azərbaycan İsveçə tərəvəz ixrac edə bilər
# 18 noyabr 2008 12:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Noyabrın 19-da Bakıda keçiriləcək İsveç-Azərbaycan biznes forumunda İsveçin 15 şirkəti öz iqtisadi imkanlarını təqdim edəcək. «APA-Economics»in məlumatına görə, bunu İsveçin məşğulluq naziri Sven Otto Littorin bildirib.
Nazirin sözlərinə görə, forumda təmsil olunacaq şirkətlər neft və əsasən qeyri-neft sektorunda fəaliyyət göstərir. S.O.Littorin qeyd edib ki, iştirakçılar arasında xərçəng xəstəliyinin müalicəsi ilə bağlı layihə təqdim edən şirkət də var.
Azərbaycanla energetika sahəsində əməkdaşlıq etməyə üstünlük verdiklərini deyən nazirin bildirdiyinə görə, İsveç ölkəmizə şirkətlərin ətraf mühitə zərər vurmadan fəaliyyət göstərməsi sahəsində yardım edə bilər. S.O.Littorin əlavə edib ki, Azərbaycanda tərəvəzçilik sahəsi inkişaf edib və bu məhsulların İsveç bazarına çıxarılması mümkündür.
S.O.Littorin əlavə edib ki, hazırda Azərbaycanla İsveç arasında ticarət dövriyyəsinin həcmi 15 mln. avro təşkil edir. Bu məbləğin az olduğunu bildirən nazir ticarət dövriyyəsinin həcminin artırılmasını da vacib sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR