Bank Of Baku

Azərbaycanın aqrar sektorunda istehsalçılar üçün güzəştlər tətbiq olunacaq

Azərbaycanın aqrar sektorunda istehsalçılar üçün güzəştlər tətbiq olunacaq
# 19 noyabr 2008 07:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) növbəti illərdə aqrar sektorda bir sıra güzəştlər və inkişafın dəstəklənməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Hazırda KTN hökumət strukturları ilə bu məsələlər üzərində iş aparır. Nazirlikdən bildirilib ki, hökumət kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması, kartof, bostan və tərəvəz ixracının təşviqi, toxumçuluqda dövlət himayəsinin həyata keçirilməsi və yüksək keyfiyyətli toxumlara olan tələbatın tam ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, taxıl istehsalçılarına maliyyə stimulları mexanizminin, bu sahədə risklərin qismən dövlət tərəfindən sığortalanması qaydalarının təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştli şərtlərlə verilməsi qaydalarının təkmilləşdirilməsi və s. tədbirləri nəzərdə tutur.
Bundan başqa, heyvandarlıq və quşçuluq sahəsinin inkişafının stimullaşdırılması sahəsində də tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu tədbirlər «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» çərçivəsində nəzərdə tutulan işlərin tərkib hissəsi olaraq yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR