Bank Of Baku

Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda rekord həcmdə taxıl yığılıb

Dövlət Statistika Komitəsi: Bu il Azərbaycanda rekord həcmdə taxıl yığılıb
# 19 noyabr 2008 10:41 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər hektardan ora hesabla 27,9 sentner olmaqla keçən ilin müvafiq dövründəkindən 0,8 sentner və ya 3% çox məhsul götürülüb. İstehsal edilən taxılın 1 678,4 min tonu və ya 67,2%-i payızlıq və yazlıq buğdadır.
Bu il Şəki rayonunda 220,4 min ton, Cəlilabada 152,8 min ton, Sabirabadda 93,4 min ton, Ağsuda 89,8 min ton, Füzulidə 85,7 min ton, Saatlıda 85,6 min ton, Biləsuvarda 72,8 min ton, Bərdədə 71,3 min ton və Şəmkir rayonunda 68,7 min ton taxıl istehsal olunub.
Cari ilin ilk 10 ayı ərzində Azərbaycanda 33 min hektar dənlik qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə hər hektardan 48,5 sentner olmaqla 160,2 min ton məhsul toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR