Bank Of Baku

Rusiyadan Naxçıvana 450 ton toxumluq buğda gətirilib

Rusiyadan Naxçıvana  450 ton toxumluq buğda gətirilib
# 19 noyabr 2008 11:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında fermerlərin yüksək reproduksiyalı toxumluq taxılla təmin olunması üçün Rusiyadan 450 ton toxumluq buğda gətirilib. “Naxçıvan Aqrolizinq” ASC-nin baş direktoru Vasif Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, payız və yaz taxıl əkinlərində istifadə olunması nəzərdə tutulan toxumluq taxıl 50 faiz güzəştlə satılır.

V. Məmmədov bildirib ki, Krasnodar vilayətindən gətirilən “Moskviç” və “Hota” toxumluq buğda sortları yüksək məhsuldarlığı ilə seçilir. Toxumluq sortların yüksək məhsuldarlığı və iqlimə uyğunluğunu Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarında baş tutan sınaq əkininin nəticəsi də sübut edib.

Qeyd edək ki, payızlıq taxıl əkini üçün gətirilən toxumların çox hissəsi artıq satılıb. Fermerlərə hər hektar üçün 200 kiloqram toxumluq buğda satılması nəzərdə tutulub. Güzəştlə satılan taxılın digər hissəsi isə yaz əkini üçün taxıl anbarlarında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR