Bank Of Baku

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iclası keçirilib
# 21 noyabr 2008 13:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komissiyanın sədri Eldar İbrahimov bildirib ki, 1999-cu ildə qəbul olunan “Yeyinti məhsulları haqqında” qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi nəzərdə tutulur. Təklif olunan layihəyə əsasən yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan həmin məhsula “müalicəvi”, “pəhriz” kimi xarakteristika verilə bilməz. Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.

Sonra İnzibati Xətalar Məcəlləsinə əlavə olunan 68-5-ci maddə barədə məlumat verilib. Əlavəyə əsasən ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları haqqında qanunvericilik pozulduğu hallarda həmin məhsulun satışa çıxarılmasına görə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 2000 manat miqdarında cərimələnməsi təklif olunur.

Müzakirələrdə deputatlar kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün bu sənədin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Müzakirələrdən sonra hər iki sənəd Milli Məclisin plenar iclasının gündəliyinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR