Bank Of Baku

Azərbaycan yanvar-oktyabr aylarında unun idxalını 63 dəfə artırıb

Azərbaycan yanvar-oktyabr aylarında unun idxalını 63 dəfə artırıb
# 24 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xaricdən ümumi dəyəri 302 730,6 min ABŞ dolları olan 1 008 529 ton buğda, 44 223,8 min dollar dəyərində 93 203,3 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunmuş buğdanın netto çəkisi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az, unun çəkisi isə 62,5 dəfə çox olub. İdxal olunmuş buğdanın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3%, unun dəyəri isə 90,5 dəfə artıb.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycana 1 420 726,6 ton buğda və 2 224,3 ton un, 2006-cı ildə isə 1 023 880,5 ton buğda və 3 605,3 ton un idxal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR