Bank Of Baku

Azərbaycan yanvar-oktyabr aylarında spirt idxalını 14% artırıb

Azərbaycan yanvar-oktyabr aylarında spirt idxalını 14% artırıb
# 24 noyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 1 344,4 min ABŞ dolları olan 1 346 068,2 litr spirt və ümumi dəyəri 13 240,5 min dollar olan 10 032 676,1 litr spirtli içkilər idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunmuş spirtin netto çəkisi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,6% çox, spirtli içkilərin idxalı isə 12,5% azdır.
İdxal olunan spirtin qiyməti 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,4%, spirtli içkilərin qiyməti isə 3,6% artıb.
Qeyd edək ki, 2007-ci ildə ümumilikdə ölkəyə 1 438 285,4 litr spirt, 13 538 568 litr spirtli içki idxal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR