Bank Of Baku

Britaniyanın «Rista Alliance» şirkəti Azərbaycana 1000 baş cinsli qaramal gətirəcək

Britaniyanın «Rista Alliance» şirkəti Azərbaycana 1000 baş cinsli qaramal gətirəcək
# 25 noyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC-nin damazlıq heyvanların satın alınmasına dair elan etdiyi tender baş tutub. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.
Noyabrın 14-də üç lot üzrə keçirilən açıq tenderdə Böyük Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş «Rista Alliance» şirkəti qalib elan olunub.
Qeyd edək ki, tenderin şərtlərinə əsasən, 300 baş Şvis cinsli, 500 baş südlük qara-ala və Holstin-Friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulur. İddiaçı 120 gün ərzində cins qaramalı «Aqrolizinq» ASC-yə təhvil verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR