Bank Of Baku

Liviya Azərbaycana kənd təsərrüfatında əməkdaşlıq təklif edib

Liviya Azərbaycana kənd təsərrüfatında əməkdaşlıq təklif edib
# 26 noyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Liviya Azərbaycanla kənd təsərrüfatının bir neçə sektoru üzrə, o cümlədən sitrus bitkiləri və heyvandarlıq sahəsində əməkdaşlıq təklif edib. Bu barədə «APA-Economics»ə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.
B.Əliyevin sözlərinə görə, bitkiçiliklə bağlı əməkdaşlığa dair birgə layihələrin işlənməsi, elmi əlaqələrin qurulması nəzərdə tutulur: «Biz həmçinin baytarlıq sahəsində müəyyən məsələləri nəzərdən keçirə, kənd təsərrüfatı preparatlarının istehsalının yaradılması məsələsinə baxa bilərik».
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının I iclası keçirilib. İclasın yekunlarına dair imzalanmış protokolda aqrar sektorda əməkdaşlıq məsələləri də öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR