Azərbaycanda qənd və şəkər tozu ucuzlaşıb
Qəndin ən çox ucuzlaşması paytaxtda olub. Bakı şəhərinin pərakəndə satış məntəqələrində qəndin 1 kq-nın qiyməti oktyabr ayı ilə müqayisədə təxminən 17% və ya 20 qəpik düşərək 1 manata enib. Şəkər tozunun qiymətində isə 20% və ya 20 qəpik enmə qeydə alınıb və hazırda paytaxtda şəkər tozunun 1 kq-ı 80 qəpiyə satılır.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Azərbaycanın Lənkəran da daxil olmaqla, cənub rayonlarında son bir ayda qəndin qiyməti dəyişməz (80 qəpik) qalsa da, şəkər tozu təxminən 6,3% və ya 5 qəpik ucuzlaşaraq 1 kq üçün 75 qəpik təşkil edib. Analoji qiymət Gəncə şəhərində də mövcuddur. Şəkər tozunun pərakəndə satış qiymətində 6,3% azalmanın qeydə alındığı Gəncədə qəndin qiyməti dəyişməyib (1 manat).
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri də daxil olmaqla, mərkəzi rayonlarda nə qəndin, nə də şəkər tozunun qiymətində enmə olmayıb. Qiymətlər müvafiq olaraq 90 və 80 qəpik qalıb.
Kürdəmir, Ucar, Zərdab rayonlarında da qiymət azalması olmayıb. APA-nın Aran bürosunun verdiyi məlumatlara görə, bu rayonlarda qənd və şəkər tozunun qiyməti oktyabr ayı ilə eyni səviyyədədir - 90 qəpik və 80 qəpik.
APA-nın Şirvan bürosunun məlumatına görə, Göyçay və İsmayıllı rayonlarında şəkər tozunun qiyməti 80 qəpikdir və ötən ayla müqayisədə dəyişməyib. Qəndin qiyməti isə 10% enərək 90 qəpik olub.
Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Goranboyda da qiymət dəyişməsi müşahidə olunmayıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəndin və şəkər tozunun qiyməti bu rayonlarda oktyabrdakı kimi müvafiq olaraq 1 manat və 80 qəpikdir.
Naxçıvan Muxtar Respublikasında isə qəndin qiymətində (80 qəpik) dəyişiklik baş verməsə də, şəkər tozu 25% və ya 20 qəpik ucuzlaşaraq 60 qəpiyə düşüb.
Azərbaycanın əsas şəkər istehsalçısı olan «Azersun Holding» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afiq Səmədov isə «APA-Economics»ə şirkətin bu yaxınlarda şəkər tozunun topdan satış qiymətində 5% endirim etdiyini bildirib. A.Səmədovun sözlərinə görə, qiymətlərin daha da azaldılması planlaşdırılır.
Şirkət nümayəndəsi qiymətlərin enməsini dünyada xammalın ucuzlaşması, eləcə də ölkədə şəkər çuğunduru istehsalında artımın olması ilə əlaqələndirib.
Qeyd edək ki, bu il Azərbaycanda təxminən 6 min ha sahədə şəkər çuğunduru əkilib və 2500-ə yaxın mülkiyyətçi ilə müqavilə bağlanıb. Bu il ölkədə şəkər çuğunduru istehsalının 230 min ton təşkil edəcəyi gözlənilir. Azərbaycanda şəkər tozuna illik tələbat 150-180 min tondur.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 77 756 min ABŞ dolları dəyərində 220 373,3 ton şəkər tozu idxal olunub. İdxal edilmiş şəkər tozunun həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4% azalıb.
Qeyd edək ki, cari il ərzində qənd və şəkər tozunun qiymətinin ən aşağı səviyyəsi yanvar ayında olub. Yanvarda 1 kq qəndin pərakəndə satış qiyməti 80 qəpik, şəkər tozunun isə 70 qəpik təşkil edib. Fevral-iyun aylarında isə qəndin qiyməti 1 manat, şəkər tozunun 70 qəpik, iyulda qənd 1 manat, şəkər tozu 75 qəpik olub. Qənd və şəkər tozunun qiymətinin ən yuxarı həddi avqust və sentyabr aylarında müvafiq olaraq 1,2 manat və 1 manat səviyyəsində qeydə alınıb. Oktyabrda qəndin qiymətində enmə olmasa da, şəkər tozu 10 qəpik ucuzlaşaraq 90 qəpiyə düşüb.
Məlumat üçün bildirək ki, hazırda topdansatış məntəqələrində şəkər tozunun 50 kq-lıq kisəsi 35,4 manata (1 kq - 70 qəpik) satılır.
Aqrar-sənaye kompleksi
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər