Bank Of Baku

Azərbaycan Ukraynadan taxıl alacaq

Azərbaycan Ukraynadan taxıl alacaq
# 28 noyabr 2008 14:03 (UTC +04:00)
APA-nın Xarkov vilayəti administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xarkov vilayətinin qubernatoru ilə keçirilən görüşdə Ukrayna tərəfi vilayətin Azərbaycana 2008-ci ilin məhsulundan 800 min ton taxıl ixrac edə biləcəyini bildirib: “Ehtiyac yaranarsa, taxıl əlavə keyfiyyət nəzarətindən keçirilə bilər. Azərbaycan taxıl almağa qərar versə, Xarkov məhsulunun çatdırılması məsələlərinin həllini üzərinə götürə bilər”.

Məlumatda bildirilir ki, bu görüş Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yuşşenkonun tapşırığı ilə keçirilib. Görüşdə taxılın qiyməti və alınacaq məhsulun həcmi müzakirə olunmayıb.

Bu məsələləri mütəxəssislər və taxıl treyderləri həll edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR