Bank Of Baku

Tərtərdə yeni Aqrolizinq yaradılıb

Tərtərdə yeni Aqrolizinq yaradılıb
# 02 dekabr 2008 00:55 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərdə yeni Aqrolizinq yaradılıb. Müəssisəyə dövlət vəsaiti hesabına 20-dən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb. Lizinq yerli kənd təsərrüfatı işçilərinin sifarişi əsasında fəaliyyət göstərəcək. Aqrolizinqin direktoru Rafiq Abbosov APA-nın Qarabağ bürosuna bildirib ki, müəssisə əhaliyə şumlamadan tutmuş, biçin və daşınmaya qədər bütün aqrar və digər texniki xidmətləri göstərəcək. Eyni zamanda əkin sahələrinin müxtəlif növ gübrə və digər kimyəvi preparatlarla təchizini də lizinq öz üzərinə götürüb. Xidmət növləri əkinçi ilə əldə olunan razılaşmaya əsasən müəyyən edilir və pulludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR