Bank Of Baku

Azərbaycanda köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi mövzusunda regional seminar keçirilir

Azərbaycanda köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi mövzusunda regional seminar keçirilir
# 02 dekabr 2008 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Mərkəzi Asiyada pestisid riskinin azaldılması və köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi» mövzusunda regional seminar işə başlayıb. «APA-Economics»in məlumatına görə, seminarda Mərkəzi Asiya ölkələri ilə yanaşı FAO-nun nümayəndələri iştirak edir.
Tədbirdə qeyd olunub ki, pestisidlərin zərərsizləşdirilməsi üçün Azərbaycan və Mərkəzi Asiya dövlətləri də daxil olmaqla, 7 ölkə birgə layihə hazırlayır. Layihə çərçivəsində pestisidlərin saxlanılması üçün regional anbarların yaradılması, onlardan istifadə ilə bağlı müvafiq qurumların nümayəndələrinə təlim və seminarların keçirilməsi nəzərdə tutulur. Həmçinin, pestisidlərin insanların səhhətinə və təbii sərvətlərə təsiri qiymətləndiriləcək. Regional seminarlar FAO tərəfindən təşkil olunacaq.
Qeyd edək ki, seminar dekabrın 4-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR