Bank Of Baku

Azərbaycan Türkiyəyə traktor ixrac edəcək

Azərbaycan Türkiyəyə traktor ixrac edəcək
# 02 dekabr 2008 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gəncə Avtomobil Zavodu yaxın gələcəkdə Türkiyədə nümayəndəlik açmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə zavod direktorunun birinci müavini Kamran Nəzərov məlumat verib.
K.Nəzərovun sözlərinə görə, aparılan marketinq araşdırmaları göstərir ki, Türkiyədə hər il 36 min ədəd müxtəlif növ traktor satılır. Bunun 8-9 mini Türkiyədə istehsal olunur, qalan tələbat isə xarici ölkələrin idxalı hesabına ödənilir.
«İlkin mərhələdə biz Türkiyəyə 300-500 traktor ixrac etməyi nəzərdə tuturur ki, sonradan bu rəqəm bir qədər də artırılacaq. Türkiyənin qanunvericiliyinə əsasən, satışdan sonrakı servis xidmətlərinin göstərilməsi vacibdir. Məhz bunu nəzərə alaraq, Gəncə Avtomobil Zavodu Türkiyədə nümayəndəlik açacaq. Hazırda bir Türkiyə şirkəti ilə bu məsələyə dair danışıqlar aparılır», - deyə K.Nəzərov vurğulayıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Gəncə Avtomobil Zavodu 451 ədəd «Belarus» traktoru və 70 ədəd «MAZ» yük avtomobili istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR