Bank Of Baku

Azərbaycan Moskvada keçirilən beynəlxalq şərab festivalında iştirak edir

Azərbaycan Moskvada keçirilən beynəlxalq şərab festivalında iştirak edir
# 05 dekabr 2008 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın şərab və digər alkoqollu içkilərin istehsalı ilə məşğul olan üç şirkəti bu gün Moskvada işə başlayan II Rusiya Şərab Festivalına qatılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında dequstasiya komissiyasının sədri, nazirliyin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib.
S.Vəliyevin sözlərinə görə, festivalda Azərbaycanı öz məhsulları ilə «Şəmkir Şərab», «Tovuz Baltiya» və «Gəncə Şərab-2» şirkətləri təmsil edir.
«Azərbaycan şərabları dəfələrlə xaricdə keçirilən festivallarda nümayiş etdirilib və mükafatlar qazanıb. Ümid edirəm ki, bu festivalda da nailiyyət qazanacağıq», - deyə nazirlik rəsmisi vurğulayıb.
Festival Moskvadakı «Krokus Ekspo» Sərgi Mərkəzində təşkil olunub və dekabrın 7-də yekunlaşacaq.
Tədbirdə Azərbaycanla yanaşı, Fransa, Macarıstan, Bolqarıstan, İtaliya, İspaniya, Çili, Argentina, Ermənistan, Moldova, Serbiya, Yunanıstan, Almaniya, Ukrayna və Özbəkistan şirkətləri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR