Bank Of Baku

Nazir: “Azərbaycanda çörəyin qiyməti düşməlidir”

Nazir: “Azərbaycanda çörəyin qiyməti düşməlidir”
# 11 dekabr 2008 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazirin sözlərinə görə, çörəyin qiyməti bu ilin yazında süni surətdə qaldırılıb ki, nazirliyin də buna münasibəti mənfi olub: “Fakt ondan ibarətdir ki, buna heç bir əsas yox idi. Azərbaycanda istehsal olunmuş ərzaq buğdasının miqdarı kifayət qədər artıb. Bu artım növbəti illərdə də davam edəcək. Məndə olan məlumata görə, artıq çörəyin qiymətində düşmə müşahidə olunur”.

Çörəyin qiyməti ilə bərabər çəkisinin də düşməsinə gəldikdə, nazir bildirib ki, bu mümkün deyil: “Standartlara uyğun çəki müəyyənləşdirilir və çəkinin aşağı salınması düzgün deyil. Ümumilikdə kənd təsərrüfatı məhsullarının qiyməti hökumət tərəfindən liberallaşdırılıb. O cümlədən çörəyin də qiyməti azaddır. Çəkiyə gələndə, çəkidə standartlar var və çörək bu standartlara uyğun hazırlanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR