Bank Of Baku

Azərbaycanda epizootik vəziyyət normaldır

Azərbaycanda epizootik vəziyyət normaldır
# 11 dekabr 2008 12:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan “Afrika taunu”nun yayılması ilə bağlı Rusiyadan ət idxalını dayandırıb. Bunun nəticəsidir ki, bu gün ölkədə bu xəstəliklə əlaqəli heç bir neqativ hala rast gəlinməyib”. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Onun sözlərinə görə, Rusiyanın Krasnodar və Stavropol vilayətlərində “Afrika taunu”unun yayılması ilə bağlı beynəlxalq epizootik bürodan nazirliyə xəbər daxil olub: “Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Dövlət Baytarlıq Xidməti qış aylarında fəaliyyətini xüsusilə gücləndirməlidir və gücləndirir. Azərbaycanda epizootik vəziyyət normaldır və bu günə qorxulu hal yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR