Bank Of Baku

Azərbaycana yüksək cins mal-qara gətirilməsinə başlanılıb

Azərbaycana yüksək cins mal-qara gətirilməsinə başlanılıb
# 11 dekabr 2008 13:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yaxın aylarda Azərbaycana təxminən 900 min baş cins mal-qara gətiriləcək. Bunun üçün vəsait ayrılıb və bu işi gələcəkdə də davam etdirəcəyik”. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Onun sözlərinə görə, prezidentin əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı sərəncamına uyğun olaraq, 2015-ci ilə qədər diri çəkidə heyvandarlığın 340 min tona çatdırılması nəzərdə tutulur: “Artıq bizdə elə bir şərait yaranıb ki, heyvandarlığı baş sayına görə inkişaf etdirmək mümkün deyil. Həm ərazimiz buna imkan vermir, eyni zamanda buna ehtiyac da yoxdur. Biz cins mal-qaranın tərkibini dəyişərək, Azərbaycana yüksək cins mal-qara gətirməliyik”.

İ. Abasov onu da qeyd edib ki, prezidentin sərəncamına uyğun olaraq, Azərbaycana yüksək reproduksiyalı toxumun idxalına başlanılıb: “Bunun üçün prezidentin ehtiyat fondundan 105 milyon manat vəsait ayrılıb. Artıq 7 min ton yüksək reproduksiyalı toxum Azərbaycana gətirilərək, toxumçuluq təsərrüfatları tərəfindən alınıb. Düşünürük ki, gələn il təqribən 60-70 min ton R2 reproduksiyalı toxum əldə edək. Bu, növbəti illərdə taxılçılıq sahəsinə, əsasən də, buğda istehsalına əhəmiyyətli təsirini göstərər”.

İ. Abasov Azərbaycana toxumun Rusiyanın Krasnodar vilayətindən gətirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR