Bank Of Baku

Azərbaycan paytaxtında kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir

Azərbaycan paytaxtında kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir
# 13 dekabr 2008 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakının 7 rayonunda kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Yarmarkalarda ümumilikdə satışa 514 ton məhsul çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “APA-Economics”ə bildirib ki, cari il ərzində Bakıda kənd təsərrüfatı məhsullarının satışı üzrə 253 yarmarka keçirilib. Bu cür yarmarkaların mütəmadi olaraq keçirildiyini qeyd edən M. Hacıyev prosesin davam edəcəyini, Yeni İl bayramı ərəfəsində isə yarmarkaların daha tez-tez təşkil olunacağını söyləyib.

Qeyd edək ki, Bakıda kənd təsərrüfatı məhsullarının yarmarkası şənbə günləri keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR