Bank Of Baku

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Böyük ehtimalla Azərbaycanda ət və ət məhsulları da ucuzlaşacaq”

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Böyük ehtimalla Azərbaycanda ət və ət məhsulları da ucuzlaşacaq”
# 13 dekabr 2008 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. “Böyük ehtimalla Azərbaycanda ət və ət məhsulları da ucuzlaşacaq”. Bunu “APA-Economics”ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O, ucuzlaşma prosesinin artıq başlandığını və bunun davamlı olacağını söyləyib.

Qeyd edək ki, bu gün kənd təsərrüfatı məhsullarının Əhmədli qəsəbəsində keçirilən yarmarkasında ətin qiymətində ötən günlərlə müqayisədə ucuzlaşma qeydə alınıb. Belə ki, mal ətinin 1 kiloqramı 4 manat 20 qəpiyə, qoyun ətinin 1 kiloqramı 5 manata, toyuq ətinin 1 kiloqramı isə 2,5-3 manata satılıb.

Ümumilikdə isə, yarmarkada satılan kənd təsərrüfatı malların qiymətində enmə müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR