Bank Of Baku

“Arıçılıq haqqında” qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olunub

“Arıçılıq haqqında” qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olunub
# 16 dekabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Aqrar siyasət məsələləri daimi Komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Arıçılıq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Komissiya sədri Eldar İbrahimov deyib ki, bu qanun Azərbaycanda arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir. Onun sözlərinə görə, birinci oxunuşdan sonra deputatların təklifləri əsasında sənədin 25 maddəsinə 75-dən çox dəyişiklik edilib, 7 maddəyə isə yeni müddəalar əlavə olunub. Müzakirələrdən sonra layihə parlamentin müzakirəsinə tövsiyə olunub.
İclasda həmçinin “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər edilməsi barədə məsələ də müzakirə olunaraq parlamentə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR