Kənd təsərrüfatında heyvandarlıq məhsullarının həcmi artıb

Kənd təsərrüfatında heyvandarlıq məhsullarının həcmi artıb
# 17 noyabr 2023 18:16 (UTC +04:00)

2023-cü ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10865,5 milyon manat təşkil edib ki, bunun da 5134,0 milyon manatı heyvandarlıq, 5731,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə kənd təsərrrüfatı ümumi məhsulunun 45.5 faizini heyvandarlıq, 54.5 faizini bitkiçilik məhsulları təşkil edib.

Cari ildə kənd təsərrrüfatı ümumi məhsulunun 47.3 faizini heyvandarlıq, 52.7 faizini isə bitkiçilik məhsulları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR