Bank Of Baku

Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var

Rusiya Kiyevə ballistik raketlə zərbə endirib, ölən var
# 30 oktyabr 2026 03:10 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə ballistik raketlə hücum edib. Nəticədə bir nəfər həyatını itirib.

UNIAN-ın məlumatına görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko və şəhər hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 30-da axşam saatlarında həyata keçirilən hücum nəticəsində Kiyevin Dnepr rayonunda yaşayış komplekslərindən birinin həyətinə raket qalıqları düşüb və yanğın baş verib.

Digər yaşayış binasında isə partlayış dalğasının təsirindən pəncərələr sınıb.

Kliçkonun sözlərinə görə, raket qalıqları başqa bir yaşayış kompleksinin yaxınlığına da düşüb, mağaza binası dağılıb.

Mer hücum nəticəsində yaranan yanğının artıq lokallaşdırıldığını bildirib.

Kiyev şəhər hərbi administrasiyası isə hücum nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR