Paşha Bank
Bank Of Baku

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

© APA | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

# 25 sentyabr 2026 18:07 (UTC +04:00)

Azərbaycanda müasir suvarma sistemləri tətbiq olunan əkin sahələrinin 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “Aqrobiznesdə innovasiyalar və texnoloji inkişaf” panelində çıxışı zamanı bildirib.

Məcnun Məmmədov qeyd edib ki, hazırda ölkədə təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur.

“Su ehtiyatlarından səmərəli istifadə Azərbaycan üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Hazırda təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur və hədəfimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara çatdırmaqdır. Bu, həm məhsuldarlığı, həm də iqlimə davamlılığı dəstəkləyəcək”, – nazir bildirib.

Beləliklə, qarşıdakı dövrdə müasir suvarma sistemləri ilə əhatə olunan sahələrin 170 min hektar və ya təxminən 2,3 dəfə artırılması nəzərdə tutulur.

Nazir əlavə edib ki, məhsuldarlığın və resurs səmərəliliyinin artırılması aqrar sektorun əsas prioritetlərindən biridir. Bu çərçivədə dəqiq kənd təsərrüfatı, peyk məlumatları, məsafədən zondlama, sensorlar, dronlar, ağıllı suvarma və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR