Bank Of Baku

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

© APA | Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

# 19 iyun 2026 11:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2026-2030-cu illər üzrə kənd təsərrüfatının, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramı”nın proqramın əsas fəlsəfəsi çox aydındır: daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha dəyər yaradan aqrar sektorun formalaşdırılması.

APA xəbər verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu rayonu üzrə regional müşavirədə deyib.

O bildirib ki, məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir:

"Burada əsas məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

Bu proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır.

Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib. Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması".

İlhamə Qədimova onu da qeyd edib ki, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur:

"Eyni zamanda aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.

Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR