Gömrük təmsilçiliyi yenidən instututlaşdırılır, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəzlənir. Bundan başqa, reyestr yaradılacaq, birbaşa gömrük təmsilçiliyi olacaq, bu sahə üçün lisenziya tələbi ləğv ediləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirəcək və onun kimi məsuliyyət daşıyacaq. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunacaq.
Layihəyə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər. Təklif olunan dəyişiklik bu daşıyıcıya tələbin sadələşdirilməsini, daşıyıcı ola biləcək şəxslərin dairəsinin genişləndirilməsini və lisenziyanın ləğvini ehtiva edir. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı alınacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
Maliyyə
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Dünya Bankının rəsmisi: Azərbaycan regional əməkdaşlıq və koordinasiyada əsas liderlərdəndir
Dünya Bankının rəsmisi: Azərbaycan regional iqtisadi əməkdaşlıq üçün mühüm imkanlara malikdir
Xəbər Lenti
Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB
Sabah Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Azərbaycanın bu rayonlarına qar yağıb - FOTO
Şimali Koreya yeni raket sınağı keçirib, Kim Çen In prosesi şəxsən izləyib
Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO
Suraxanı rayonunda fərdi yaşayış evində uçqun olub, ölən var - VİDEO
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək
Braziliyada prezident seçkiləri keçirilir
Rusiya Kiyevin körpüsünü vurub, 6 nəfər ölüb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Gürcüstan Baş naziri: TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmirik
Yəmən qüvvələri Sənaya zərbələr endirib
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib, bir nəfər yaralanıb - VİDEO
Pentaqon: İranla münaqişədə ABŞ-nin itkiləri arta bilər
Rusiya qüvvələri Donetsk istiqamətində irəliləyib
İranla münaqişədə iştirak edən ABŞ aviadaşıyıcısı Tailand sahillərinə çatıb
Bosniya və Herseqovinada seçki keçirilir, Aİ-yə üzvlük prosesi risk altındadır
Kobaxidze: Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək
ABŞ Sahil Mühafizəsi Nantaket yaxınlığında itkin düşən təyyarənin qalıqlarını tapıb - YENİLƏNİB
Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki hədəfi vurub
Tramp: Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir
Gəncədə 28 yaşlı kişi bıçaqlanıb
WSJ: Ağ Ev dörd ay ərzində süni intellektin riskləri ilə bağlı hesabat hazırlayacaq
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
Ukrayna 2026-cı ildə müdafiə üçün çatışmayan 8 milyard dolların mənbəyini axtarır
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb
KİV: Kiyevdə körpülərə hücumlar ciddi logistika problemləri yarada bilər
NYT: Demokratların Senata namizədləri beş respublikaçı ştatda mövqelərini gücləndirirlər
Heqset: Pentaqon Ay ətrafında hərbi sistemlərin yerləşdirilməsi imkanlarını araşdırır
Tramp: İran nüvə silahı ilə bağlı planlarından praktiki olaraq imtina edib
Bild: Səudiyyə Ərəbistanı husilərə qarşı mümkün əməliyyata Avropa ölkələrini cəlb etmək istəyir
Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq
Heqset ABŞ-ın Yaxın Şərqdə neçə aviadaşıyıcı saxlayacağını açıqlamaqdan imtina edib
KİV: ABŞ iki iranlı diplomatı ölkədən çıxarıb
Husilər Ər-Riyadda “Saudi Aramco” obyektlərinə zərbələr endirib
Zelenski: Ukraynanın FP-9 ballistik raketi bu payız hazır olacaq
Yəmən HHQ Sənada husilərin iki raket qurğusunu məhv edib
Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 6 il ötür
Ukrayna Prezidenti: Rusiyanın neft emalı zavodlarına hücumlar gücləndiriləcək
Zelenski: Putin ABŞ-a yeni şərtlər qəbul etdirməyə çalışır
İngiltərə yığması Xorvatiya millisini darmadağın edib
Filosof İoanna Kuçuradi vəfat edib
Misir Efiopiyadakı hadisələrlə əlaqəsinin olmadığını bildirib
“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub
Bessent: ABŞ və Çin süni intellektin hansı sahələrdə istifadə edilməməsi barədə razılığa gələ bilər
Husilər Səudiyyə Ərəbistanının Sənaya 26 aviazərbə endirdiyini iddia ediblər
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - YENİLƏNİB
Sahibə Qafarova Tanzaniyaya səfər edib - FOTO