Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
# 12 mart 2018 11:14 (UTC +04:00)

Avropa İttifaqı Şurası Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaları sentyabrın 15-dək uzadıb.

APA-Economics” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, sanksiyalar 150 nəfərə və 38 təşkilata şamil olunub.

Bildirilir ki, Şura “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozan və ya ona xələl gətirən hərəkətlərə görə” məhdudlaşdırıcı tədbirləri daha yarım il müddətinə uzadıb. “Bu tədbirlərə aktivlərin dondurulması və səfərlərin məhdudlaşdırılması daxildir,” – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR