"Anglo Asian Mining" II rübdə 14 mln. dollar dəyərində qızıl satıb

"Anglo Asian Mining" II rübdə 14 mln. dollar dəyərində qızıl satıb
# 17 iyul 2018 15:36 (UTC +04:00)

"Anglo Asian Mining" bu ilin II rübdə "Gədəbəy" yatağından 16,764 min unsiya qızıl hasil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 38% çoxdur.

"APA-Economics" şirkətin saytında yer alan hesabata istinadən xəbər verir ki, II rübdə şirkət yataqdan 44,201 unsiya gümüş, 332 ton mis hasil edə bilib.

Hesabat dövründə "Anglo Asian Mining" ümumi çəkisi 10,822 min unsiya qızıl külçə satıb ki, bu da 2017-ci il ilin müvafiq dövrü ilə müqayisədə 46,12% çoxdur. Hesabat dövründə satılan külçələrin 1 unsiyasının qiyməti 1307 dollar təşkil edib. Beləliklə, şirkət II rübdə qızıl külçələrin satışından 14,144 mln. dollar qazanıb.

Bundan başqa, şirkət II rübü ərzində dəyəri 4,2 mln. dollar olan 1736 ton mis konsentratı satıb.

Bütövlükdə bu ilin II yarısında 33 min 255 unsiya qızıl, 84 min 785 unsiya gümüş və 587 ton mis hasil edib.

Bu ilin 6 ayında Gədəbəy yatağından 31 min 282 unsiya qızıl hasil edilib ki, bunun da 28 min 778 unsiyası satılıb. Bu yataqdan yanvar-iyun aylarında 13 min 124 unsiya gümüş hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR