DİN: Şəkidə maskalı şəxslərin yanacaqdoldurma məntəqəsinə basqını ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

DİN: Şəkidə maskalı şəxslərin yanacaqdoldurma məntəqəsinə basqını ilə bağlı cinayət işi başlanıb - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2018 10:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri - Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

***

12.49

Şəkidə maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.

Şəki rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Kiçik Dəhnə kəndi ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə gələn iki maskalı şəxs operator otağının pəncərəsini qıraraq pul tələb ediblər. Yanacaqdoldurma məntəqəsinin işçilərinin müqaviməti ilə qarşılaşan maskalı şəxslər oranı tərk ediblər.

İsti izlərlə həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən biri, həmin kənd sakini Tacir Mənəfli tutulub. Onun avtomobilinə baxış zamanı iki ədəd maska, bıçaq, yapışqanlı lent və geyim əşyaları aşkar edilərək götürülüb.

Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR