Bakıda 4 otaqlı ev yanıb

Bakıda 4 otaqlı ev yanıb
# 01 yanvar 2017 18:22 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 4 otaqlı evin mətbəxində taxta və lambirdən ibarət tavan 9 m2 sahədə və əşyalar 2 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR