Binəqədidə «İlhamla İrəli!» konsert proqramı keçirilib

Binəqədidə «İlhamla İrəli!» konsert proqramı keçirilib
# 13 aprel 2018 11:11 (UTC +04:00)

Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında İlham Əliyevin prezident seçilməsi münasibətilə «İlhamla İrəli!» konsert proqramı keçirilib.

Nəticələr elan edildikdən sonra YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə qələbə tortu kəsilib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb. O, əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq.

Natiq İlham Əliyevin görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirdiyini qeyd edib. O, ölkə başçısının müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə etdiyini, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirdiyini bildirib.

Tədbir tanınmış estrada ulduzlarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Tədbirin sonunda üzərində “İlhamla İrəli” şüarı əks olunmuş maşın və motosikletlərdən ibarət yürüş və atəşfəşanlıq baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR