Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb

Azərbaycan Türkiyəyə 15 mln. dollarlıq elektrik enerjisi satıb
# 06 noyabr 2017 12:38 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Türkiyə 1 mlrd. 210,506 mln. kilovat/saat və ya 95 mln. 112,254 min dollarlıq elektrik enerjisi idxal edib.

"APA-Economics" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qonşu ölkə elektrik enerjisi idxalını 62% azaldıb.

Cari ilin 9 ayı ərzində Bolqarıstan Türkiyəyə 28 mln. 25,308 min dollar dəyərində 594,419 mln. kilovat/saat ixrac edib.

Yanvar-sentyabr ayları ərzində Türkiyə Gürcüstandan 257,549 mln. kilovat/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun üçün 9 mln. 620,965 dollar ödənilib.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 14 mln. 768,307 min dollar dəyərində 228,519 min kilovat/saat elektrik enerjisi ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR