Qazaxıstanın Almatı şəhərində XV Avrasiya Media Forumunun rəsmi açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, mərasimdə Qazaxıstanın informasiya və kommunikasiyalar naziri Dauren Abayev ölkə prezidenti Nursultan Nazarbayevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Daha sonra forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva açılış nitqi ilə çıxış edib.
Qeyd edək ki, bu il “Təkamül” şüarı ilə keçirilən və iki gün davam edəcək forumda “Beynəlxalq münasibətlərin təkamülü: qlobal soyuqlaşma”, “Avropa İttifaqının təkamülü: mövcud çağırışlar və gələcək perspektivlər”, “Cəmiyyətdə inamın təkamülü: müasir dünyada onu necə idarə etməli?”, “Ətraf mühitin təkamülü: qaçılmaz apokalipsis və ya yaşıl iqtisadiyyata keçid”, “Medianın təkamülü: bloqosferliyin artması – təhlükə yoxsa tərəqqi?”, “Dəyərlərin təkamülü: yeni dünyagörüşünü kim formalaşdırır?” mövzularında tanınmış ictimai-siyasi xadimlərin, alim və jurnalistlərin çıxışları dinləniləcək.
Azərbaycanı forumda JTI şirkətinin dəstəyi ilə "musavat.com" saytının redaktoru Xalid Kazımlı və APA TV-nin xəbər müdiri Cavid İsmayıl təmsil edir.
Almatı şəhərində XV Avrasiya Media Forumu başlayıb
23 may 2018 13:41 (UTC +04:00)
Media
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024