“Bank VTB (Azərbaycan)” kommersiya maraqlarının açıqlanması qaydalarını dəyişib

“Bank VTB (Azərbaycan)”  kommersiya maraqlarının açıqlanması qaydalarını dəyişib
# 02 iyun 2015 13:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, səhmdarlar bankın 2014-cü ilə olan maliyyə hesabatını, eləcə də 2014-cü il üzrə mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri müzakirə edib.

Bundan başqa, səhmdarlar “Bank VTB (Azərbaycan)” ASC-nin kommersiya maraqlarının açıqlanması Qaydaları”nın yeni redaksiyasını təsdiqləyib.

“Bank VTB (Azərbaycan) bütün əsas göstəricilər üzrə yüksək dinamika nümayiş etdirib. Ötən ilin yekunlarına görə, biz ölkədə sürətlə böyüyən banklardan biri olmuşuq. Belə ki, il ərzində 8 filial açmışıq ki, bununla da satış məntəqələrimizin sayı 15 çatıb. Biz bundan sonra da ölkədə və xaricdə biznesin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik”, - deyə tədbirin yekununda bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR