Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib
# 30 aprel 2018 13:25 (UTC +04:00)

Bu ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərdən 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-sı işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Əcnəbilərdən 3-ü Rusiya Federasiyası 2-i İran İslam Respublikası, 2-i Ukrayna, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Onlardan ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR