Mətnə video əlavə olunub.
***
02:43
“Taliban” Əfqanıstan Hərbi Qüvvələrinin hərbi qulluqçularının gələcəyi ilə bağlı danışıqlara başlayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, hərəkat liderləri Əfqanıstan təhlükəsizlik qüvvələrinin taleyini müzakirə etməyə başlayıblar.
“Taliban” nümayəndəsinin agentliyə verdiyi məlumata görə, hərəkatın komandirləri və yüksək səviyyəli üzvləri ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk edərkən qoyub getdikləri silah və texnikaların qeydiyyatını aparırlar.