Salyanda qəzada xəsarət alanlardan 4-nün durumu ağır və orta ağırdır - YENİLƏNİB

Salyanda qəzada xəsarət alanlardan 4-nün durumu ağır və orta ağırdır - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2017 10:25 (UTC +04:00)

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Mitsubishi-Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Tükəz Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.

Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib.

***

saat 13.07

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Mitsubishi-Pajero" markalı minik avtomobili toqquşub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər yaralanıb.

Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR