Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib - YENİLƏNİB-1

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB-1
# 31 may 2017 21:52 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib. Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

***

23:42

Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib

Bundan əvvəl Şırnak valiliyi helikopterin elektrik xəttinə toxunaraq yerə düşdüyü bildirib.

***

23:14

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şırnak vilayətində qeydə alınıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.

İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR