Böyük Britaniya Rusiyanın ittihamlarını yalan adlandırıb

Böyük Britaniya Rusiyanın ittihamlarını yalan adlandırıb
# 13 aprel 2018 19:46 (UTC +04:00)

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs bəyan edib ki, ölkəsinin Suriyanın Duma şəhərində törədilən kimyəvi hücumla əlaqəsi yoxdur.

APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

“Bu absurd, utanmaz bir yalandır”, deyə K.Pirs bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyanı Suriyanın Duma şəhərində kimyəvi hücum təxribatının təşkilində günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR