AMB: “Nağd pulun idarəetmə sistemi” əməliyyatların effektivliyini yüksəldib

AMB: “Nağd pulun idarəetmə sistemi” əməliyyatların effektivliyini yüksəldib
# 26 yanvar 2018 10:06 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı biznes proseslərinin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi və modernizasiyası istiqamətində tədbirləri davam etdirir.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və poçt rabitəsinin milli operatorunun nümayəndələri ilə birlikdə Mərkəzi Bankda görüş keçirilib.

Görüş zamanı Mərkəzi Bankda tətbiq edilən və bütövlükdə bank sektorunu əhatə edən tam avtomatlaşdırılmış “Nağd pulun idarəetmə sistemi”ndə (CMS) yaradılmış yeni imkanlar və texnoloji məhsullar barəsində təqdimat keçirilib.

Bildirilib ki, sistemin tətbiqi nağd pulla əməliyyatların avtomatlaşdırılmasına və elektron identifikasiyasına, məlumatların təhlükəsizliyinin təmin olunmasına və risklərin minimallaşdırılmasına və bütövlükdə idarəetmənin effektivliyinin yüksəldilməsinə imkan verib.

Xüsusilə qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının bu təcrübəsi beynəlxalq konfraslar və görüşlər çərçivəsində nümayiş etdirilib, müxtəlif ölkələr tərəfindən yüksək maraqla qarşılanıb.

Görüşdə həmçinin nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunmuş və müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR